Makronun reytinqi 36 faizə enib

Makronun reytinqi 36 faizə enib
  03 Avqust 2017    Oxunub:1227
Fransa prezidenti Emmanuel Makron və Baş nazir Eduar Filipp hökumətinin dəstək səviyyəsi getdikcə aşağı düşərək iyulun sonunda 36 faiz təşkil edib. Bu nəticə CNews telekanalının və “Huffington post” nəşrinin sifarişi ilə “YouGov” xidməti tərəfindən keçirilən sosioloji sorğunun yekunlarında əksini tapıb.
TASS-ın verdiyi xəbərə görə, nəticələri avqustun 3-də dərc olunan tədqiqata əsasən, iyulun sonunda fransızların cəmi 36 faizi Makronun dövlət başçısı postunda fəaliyyətini müsbət qiymətləndirib. Bununla yanaşı, rəy bildirən vətəndaşların 49 faizi prezidentin fəaliyyətini birmənalı şəkildə mənfi hesab edir. Bu, iyun ayına nisbətən 13 bənd çoxdur.

Baş nazir Eduar Filippin tərəfdarlarının sayı da azalmaqdadır. Onun reytinqi ay ərzində 2 bənd enərək 37 faizdə qərarlaşıb. Bununla bərabər, iyun ayı ilə müqayisədə Baş nazirin və hökumətin işinə mənfi qiymət verən respondentlərin sayı artıb. Əgər bu göstərici iyunda 31 faiz idisə, iyulun sonunda Nazirlər Kabinetinin fəaliyyətini bəyənməyənlərin sayı 42 faizə çatıb.

AzVision.az


Teqlər: Fransa   Makron  





Xəbər lenti