Azərbaycanda 388 nəfər qidadan zəhərlənib, 3 nəfər ölüb
Bunu AzVision.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, bunlardan 285 nəfəri zərər çəkən olub.
Z.Kazımov qarpız və yemişdən zəhərlənmələrlə bağlı müraciətlərin daxil olmadığını qeyd edib: “İyul ayında sırf qarpız və yemişlə zəhərlənmələr barəsində bizə məlumat daxil olmayıb. Epidemioloji araşdırma aparanda məlum olur ki, vətəndaş qarpızla yanaşı, tez xarab olan məhsul da yeyib. Ona görə sırf qarpızdan zəhərlənmə barədə bizə məlumat daxil olmayıb. Haradasa belə müraciətlərin sayı 8-10-a yaxın olub. Onların da mədələri yuyulub, evə buraxılıb”.
Aytən Zəhra
AzVision.az
Teqlər: zəhərlənmə botulizm