Baş prokurora müraciət edən şəxs vəkil deyilmiş

Baş prokurora müraciət edən şəxs vəkil  deyilmiş
  09 Sentyabr 2013    Oxunub:910
Vəkillər Kollegiyası Əlabbas Rüstəmli ilə bağlı rəsmi məlumat yaydı.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, "Azadlıq" qəzetinin 05 sentyabr 2013-cü il tarixli buraxılışında "Vəkildən Zakir Qaralova şok müraciət" başlıqlı yazı dərc olunub. Həmin yazıda Əlabbas Rüstəmli adlı şəxs cəmiyyətə tanınmış vəkil olaraq təqdim olunub.

Bununla bağlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yalnız Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxslər vəkillik fəaliyyətini həyata keçirə bilərlər.

Beləliklə, adı çəkilən şəxsin - Əlabbas Rüstəmlinin Kollegiyanın üzvü olmadığı nəzərə alınaraq onun barəsində mətbuatda məlumat verilərkən KİV-dən "vəkil" adından qanunsuz istifadəyə yol verilməməsi xahiş olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti