Rəsul Quliyev Lalə Şövkəti müdafiə etdi

Rəsul Quliyev Lalə Şövkəti müdafiə etdi
  09 Sentyabr 2013    Oxunub:910
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, eks-spiker Rəsul Quliyev Lalə Şövkətlə bağlı Milli Şurada yaranan qalmaqala qoşulub.
Lalə Şövkətin lideri olduğu Liberal Partiya ilə Müsavat arasında səngimək bilməyən söz davasına reaksiya verən eks-spiker qalmaqalda Lalə Şövkətin günahsız olduğunu deyib.

Modern.az saytına açıqlama verən Rəsul Quliyev Lalə Şövkətə qarşı şər atıldığını iddia edib: “Lalə xanımın atdığı addıma gəldikdə elementar həqiqətləri bilmək lazımdır. O sadə insan deyil və çox asanlıqla hansı proseslərin getdiyini görür. Sovet dövründə kifayət qədər varlı ailədən olan, Moskvada elmi dərəcə və professor rütbəsinə layiq görülən bir şəxs, sözsüz keçmişi olmayan, bu günü müxalifət pərdəsi altında hökumətin korrupsiya çirkabında olanlar tərəfindən təhqir edilməsinə dözə bilməzdi. Hökumətə, rejimə qulluq edən bəzi qəzetlərin normal insana yaraşmayan nalayiq sözlərlə Lalə xanım kimi bir şəxsin əleyhinə şər, böhtan yağdırırsa, hadisələrin belə cərəyan etməsinin günahı kimdədir? Azdan - çoxdan qəzetinin sanballı olmasını iddia edən redaktorlar insan ləyaqətini təhqir edən yazılar yazmaz. Dünya praktikasında hələ indiyə qədər belə bir hadisə olmayıb. Qəzetin hansı isə bir jurnalisti sifarişlə təhqiramiz məqalələr yaza bilər, ancaq redaktor bu işi görməz. Uzunmüddətli fəaliyyətlə də öyünmək olmaz. Bəd əməllə məşğul olanların uzunmüddətli fəaliyyəti faciədir”, - deyə R.Quliyev vurğulayıb.


Teqlər:  





Xəbər lenti