Bakıda “Dəniz kuboku-2017”-nin açılışı olacaq

Bakıda “Dəniz kuboku-2017”-nin açılışı olacaq
  31 İyul 2017    Oxunub:1199
“Beynəlxalq Ordu Oyunları – 2017” çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi avqustun 1-də saat 18.30-da Bakı Dənizkənarı Bulvarında (Saat qülləsinin qarşısında) başlanacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, açılış mərasimində ictimaiyyət nümayəndələri, şəhər sakinləri, hərbçilər və ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin nümayəndələri iştirak edəcəklər.

Qeyd olunub ki, yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də, müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

AzVision.az


Teqlər: Beynəlxalq-Ordu-Oyunları  





Xəbər lenti