14 nəfər ildırım vurması nəticəsində ölüb

14 nəfər ildırım vurması nəticəsində ölüb
  31 İyul 2017    Oxunub:1753
Hindistanın Orissa ştatında ildırım vurması nəticəsində azı 14 nəfər həlak olub, 6 nəfər xəsarət alıb.
AzVision.az “Odisha Sun Times” agentliyinə istinadən xəbər verir ki, Orissa ştatının şimal-şərq bölgələrində isə şiddətli qasırğa qeydə alınıb.

Ən çox ölüm halları Bhadrak dairəsində qeydə alınıb – 5 nəfər ölüb. Qonşu Balasor və Kendrapara dairələrinin hər birində 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Həmçinin Banspal, Anqul və Sundarqarx dairələrində də həlak olanlar var.

Qeyd edək ki, Hindistanda hər il ildırm vurmasından yüzlərlə insan həlak olur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Hindistan   ildırım  





Xəbər lenti