Şimali Koreya ballistik raketi sınaqdan keçirib

Şimali Koreya ballistik raketi sınaqdan keçirib
  29 İyul 2017    Oxunub:1330
Şimali Koreya yenidən ballistik raketi sınaqdan keçirib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, raket Yaponiyanın iqtisadi zonası istiqamətində buraxılıb.

Yaponiya və Cənubi Koreyanın Milli Təhlükəsizlik Şuraları insidentlə əlaqədar təcili iclas çağırıb.

Pentaqon Şimali Koreyanın ballistik raketi buraxdığını qeydə aldığını bəyan edib.

ABŞ Müdafiə Nazirliyi bundan əvvəl KXDR-in iyulun 27-də Koreya müharibəsinin başa çatmasının ildönümü münasibəti ilə raket sınağı keçirəcəyini proqnozlaşdırmışdı.

Raket buraxılışı faktı Cənubi Koreyanın hərbi qurumları tərəfindən təsdiqlənib.

AzVision.az


Teqlər: Şimali-Koreya   Raket  





Xəbər lenti