O, dünyanın ən varlı adamıdır - Bill Qeytsi geridə qoyan milyarder

O, dünyanın ən varlı adamıdır - Bill Qeytsi geridə qoyan milyarder
  28 İyul 2017    Oxunub:8403
"Amazon" şirkətinin səhmlərinin bahalaşması Ceff Bezosu dünyanın ən varlı insanları siyahısında birinci yerə çıxarıb.
53 yaşlı biznesmen "Microsoft" şirkətinin qurucusu Bill Geytsi 200 milyon dollar qabaqlayaraq dünyanın ən varlı insanı olub.

Hazırda onun varidatı ümumilikdə 90,9 milyard dollar, Bill Qeytsin varidatı isə 90,7 milyard dollar həcmində qiymətləndirilir. Sonuncu 2013-cü ildən bəri dünyanın ən varlı adamı statusunu daşıyırdı.

Səhmləri mart ayından başlayaraq 16,5 milyard dollar bahalaşan "Amazon" şirkətinin son həftə ərzində daha 2 faiz dəyər qazanması Ceff Bezosun sərvətinin də 2,2 milyard dollar artmasına səbəb olub.

İlin əvvəlindən varidatı sürətlə artan Bezos dörd ay əvvəl ispaniyalı Amansio Orteqanı ötərək reytinqdə ikinci yerə yüksəlmişdi.

AzVision.az


Teqlər: Amazon   Milyarder   Bill-Qeyts  





Xəbər lenti