Barmağı telefona çevirən “ağıllı” üzük

Barmağı telefona çevirən “ağıllı” üzük
  27 İyul 2017    Oxunub:3528
“Kickstarter” saytında “ağıllı” üzük üçün vəsait toplanışı üzrə kampaniya keçirilir.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, “Orii” adlanan qurğu şəhadət barmağına taxılan və “bluetooth” vasitəsilə smartfonla sinxronlaşan böyük üzükdür.

Üzüyün işi sümük keçiriciliyinə əsaslanır: zəng daxil olan zaman “Orii” istifadəçisi barmağını qulağa yaxınlaşdıraraq həmsöhbətini eşidə biləcək. Həmçinin hətta güclü kənar səs-küydə yaxşı eşitmək təmin olunacaq.

Bundan başqa, üzük smartfondan istifadə etmədən “Siri” və “Google Now” səsli köməkçi funksiyalarının xidmətlərindən istifadəyə imkan verir. “iOS” və “Android” əməliyyat sistemləri üçün xüsusi “Orii” mobil əlavəsi vasitəsilə bildirişləri üzüyə yönəltmək (onlar barədə quraşdırılmış LED indikator xəbər verəcək) mümkün olacaq. Qurğunun avtonom iş vaxtı gözləmə rejimində 45 saat, danışıq rejimində təxminən 30 saat təşkil edir.

Bildirilir ki, layihə üçün minimum 30 min dollar tələb olunsa da, artıq 135 min dollardan çox vəsait toplanıb. Kampaniya avqustun sonunadək davam edəcək. Sifarişçilər üçün ilk tədarüklər 2018-ci ilin fevralına planlaşdırılır. “Kickstarter” saytında üzüyün qiyməti 119 dollar təşkil edir.

AzVision.az


Teqlər: Telefon  





Xəbər lenti