300 gəncin işsizlik səbəbi araşdırılıb

300 gəncin işsizlik səbəbi araşdırılıb
  26 İyul 2017    Oxunub:1745
"Bələdiyyələrin İnkişafına Yardım ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Şirvan, Hacıqabul və Səlyan şəhərində gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi” layihəsinə yekun vurulub.

İctimai Birliyin sədri Niyaməddin Orduxanlının sözlərinə görə, 2017-ci ilin may ayından başlanan layihə 3 rayonu - Şirvan, Hacıqabul və Səlyan şəhərlərini əhatə edib: “Prezidentin yanında Qeyri-Höküm Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi hesabına 3 rayonda 300-dən artıq gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi ilə bağlı layihəmizi yekunlaşdırdıq. Əsas işimiz rayonlarda yaşayan və hazırda işsiz olan gəncləri işsiz qalmasının səbəbini araşdırmaq idi. Təşkilatın əsas məqsədi gənclərin işsizlik vəziyyətinin yerlərdə öyrənilməsi, gənclərin iş tapa bilməməsini yaradan səbəbləri araşdırmaq, gəncləri peşə və ixtisas seçimində düzgün istiqamətləndimək və bizim hazırladığımız sorğunu hər rayonda yaşı 15-29 yaş qrupunda 100 gəncin cavablandırmasıdır. Yəni, layihəyə əsasən, hərəsində 100 gənc olmaqla 3 rayonda sorğu apardıq. Gənclərin işsizlik probleminin yaranma səbəblərini ümumiləşdirib, bu qənaətə gəlmək olur: Gənclərin ixtisas bilikləri, digər bilik və bacarıqlarının əmək bazarı tələblərinə uyğun olmaması, informasiya çıxışlarının zəif olması, işsizlərin seçimi və karyera məsələsinə münasibəti, gender problemləri və mental faktorlar və təhsil səviyyəsinin aşağı olması.

Niyaməddin Orduxanlı onu da əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu cür layhilərə dəstək verməsi çox müsbət addımdır: "Keçirdiyimiz sorğularda iştirakçıların hər birinin diqqətinə çatdırılır ki, bu layihənin maliyyə dəstəkçisi məhz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. Bu da o anlama gəlir ki, şura rayonlarda işsiz gənclərin vəziyyətinin öyrənilməsində maraqlıdır”.



Teqlər: #QHT  





Xəbər lenti