İlham Əliyev həmkarını təbrik edib

İlham Əliyev həmkarını təbrik edib
  08 Sentyabr 2013    Oxunub:947
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli Emoməli Şərifoviç, Sizi və Sizin şəxsinizdə bütün Tacikistan xalqını milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün Tacikistan dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi mexanizmlərin təkmilləşdirilməsi, xalqın rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir.
Əminəm ki, xalqlarımız və ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri bundan sonra da Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsinə şərait yaradacaqdır.
Hörmətli Emoməli Şərifoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Tacikistan xalqına isə sülh və firavanlıq arzu edirəm".

AzVision.az


Teqlər:  





Xəbər lenti