“Ölkə rəhbərliyi oğurlanan azərbaycanlı iş adamlarının taleyindən narahatdır”

“Ölkə rəhbərliyi oğurlanan azərbaycanlı iş adamlarının taleyindən narahatdır”
  24 İyul 2017    Oxunub:1736
“2014-2015-ci illərdə 8 azərbaycanlı biznesmen oğurlanıb. Onlara görə pul tələb olunub. Onlardan bəziləri pul qarşılığında azad olunub, digərlərinin isə taleyi başqa cür olub. Onlar hələ də evə qayıtmayıblar və itkin düşmüş hesab olunur”.
AzVision.az xəbər verir ki, bunu “Qordon” nəşrinə müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev bildirib. Onun sözlərinə görə, baş verən hadisələrə hüquqi qiymət verilməsi üçün Ukraynanın Baş Prokuroru Yuri Lutsenko və ölkənin daxili işlər naziri Arsen Avakovla görüş keçirilib: “Hər iki halda bizə bildirildi ki, bütün insidentlərə dair araşdırmalar maksimum şəkildə operativ və obyektiv olacaq”.

Səfir qeyd edib ki, xeyli vaxtın keçməsinə baxmayaraq, istintaq işlərində heç bir irəliləyişə nail olunmayıb: “İnanın, ən çətin anlardan biri bizim Bakıdan istintaq işlərində niyə irəliləyiş olmamasını dair suala cavab vermədiyimiz zaman olur. Azərbaycan rəhbərliyi baş verənləri diqqətlə izləyir və bizim həmvətənlərimizin taleyi barədə narahatlıq keçirir. Axı burada yarım milyona qədər azərbaycanlı yaşayır. Bundan əlavə, təxminən 11 minə qədər azərbaycanlı tələbə Ukraynada ali təhsil alır. Ukrayna bizim strateji tərəfdaşımızdır və biz istəyərdik ki, ölkələrimiz arasında həll edilməmiş məsələlər qalmasın”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ukrayna   Azərbaycan  





Xəbər lenti