DİN azyaşlının ölümü barədə məlumat yaydı

DİN azyaşlının ölümü barədə məlumat yaydı
  07 Sentyabr 2013    Oxunub:1465
Ötən gün saat 23.57 radələrində Ağcabədi rayonu ərazidində dəhşətli yanğın hadisəsi baş verib.

AzVision.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın Həmidə Məmmədquluzadə küçəsindəki evlərdən birində yaşayan Novruz Abdullayevə məxsus evdə olub. Nəticədə 24 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanaraq külə dönüb. Yanğın söndürüldükdən sonra N.Abdullayevin oğlu, azyaşlı Orxanın yanmış meyiti tapılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti