Filippin Prezidenti İlham Əliyevi təbrik edib

  21 İyul 2017    Oxunub : 874
Filippin Prezidenti İlham Əliyevi təbrik edib
Filippin prezidenti Rodriqo Rao Duterte Azərbaycan prezidenti İlham Əliyevə Filippin-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü ilə əlaqədar məktub göndərib.
AzVision.az-ın məlumatına görə, məktubda deyilir: “Filippin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Mən, həmçinin bu xoş fürsətdən istifadə edərək, Filippinin ikitərəfli münasibətlərimizi daha da möhkəmləndirmək arzusunu bildirir və gələcək illərdə əlaqələrimizin qarşılıqlı maraq doğuran daha çox sahəni əhatə edəcəyinə ümidvaram.

Mən Zati-alinizə möhkəm cansağlığı arzulayır, Azərbaycanı daha böyük inkişaf və rifaha apardığınız bu yolda Sizə davamlı müvəffəqiyyətlər arzulayıram. Zati-aliləri, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

AzVision.az

Teqlər: İlham-Əliyev