“İsrail Lapşinlə bağlı məsələni şərh etməkdən imtina etdi” – Rəsmi

“İsrail Lapşinlə bağlı məsələni şərh etməkdən imtina etdi” – Rəsmi
  20 İyul 2017    Oxunub:4815
İsrail Aleksandr Lapşinlə bağlı verilmiş məhkəmə hökmünü şərh etmir.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bunu İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Emmanuel Naxşon deyib.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lapşinin mümkün ekstradisiyası ilə bağlı suala cavabı isə qısa olub: “Biz bu məsələni şərh etmirik”.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakıda məhkəmə tərəfindən 3 il həbs cəzasına məhkum edilən Rusiya və İsrail vətəndaşı, blogger Aleksandr Lapşinin mümkün ekstradisiyası Kremlin mövzusu deyil.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqdirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Aleksandr-Lapşin   Rusiya   Azərbaycan   Dağlıq-Qarabağ  





Xəbər lenti