1309 cinayət, 3 uşaq, 111 ton narkotik... - Hesabat

1309 cinayət, 3 uşaq, 111 ton narkotik... - Hesabat
  18 İyul 2017    Oxunub:1570
2017-ci ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.
AzVision.az xəbər verir ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1697 fakt aşkar edilib ki, onlardan 470-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1094-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 103-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 730 kq 723,566 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub.

Qeyd olunub ki, müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 428 kq 564,736 qr marixuana (58,6%), 117 kq 174,74 qr tiryək (16%), 146 kq 486,19 qr heroin (20,1%), 2 kq 480,2 qr həşiş (0,4%), 35 kq 134,7 qr digərləri (4,8%), 883 qr psixotrop maddələr (0,1%) və 1545 ədəd həb təşkil edib: “Cinayət məsuliyyətinə 1309 nəfər cəlb edilib ki, onlardan 3-ü 18 yaşadək, 112-i 18-25 yaşadək, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı, o cümlədən 15-i fəhlə, 2-i qulluqçu və ya maddi məsul şəxs, 1167-i işləməyənlər, 513-ü təkrar cinayət törətmiş şəxslər, 1289-u kişilər, 20-i qadınlar, 17 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 6 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb”.

Həmçinin, hesabat dövrü ərzində 432 ha 63,66 sot ərazidən 111 ton 420 kq 868,99 qr (307 min 356 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

AzVision.az



Teqlər: narkotik  





Xəbər lenti