Fransa vətəndaşı İŞİD lideri seçildi

Fransa vətəndaşı İŞİD lideri seçildi
  16 İyul 2017    Oxunub:9358
İŞİD terror təşkilatının yeni liderinin kimliyi açıqlanıb.

AzVision.az xəbər verir ki, ərəb KİV-lərinin yaydığı məlumata görə, Əl-Bağdadinin öldürülməsindən sonra təşkilata Cəlaləddin Əl-Tunisi rəhbər seçilib.
Əl-Tunisi indiyədək İŞİD-in Liviyadakı qoluna rəhbərlik edib.

Qeyd edilib ki, onun əsl adı Məhəmməd Bin Salem əl-Ayundur. 1982-cü il təvəllüdlü Əl-Tunisi 90-cı illərdə Fransaya mühacirətə gedib.

Fransa vətəndaşlığı alan terrorçu 2011-ci ildə Tunisdə yaşanan “ərəb baharı” vaxtı bu ölkəyə köçüb, daha sonra Suriyaya gedərək İŞİD sıralarına qoşulub.

Qeyd edək ki, İŞİD-in sabiq lideri Abu-Bakr-əl-Bağdadi may ayının sonunda Rakkanın cənubuna rus aviasiyasının endirdiyi zərbələr nəticəsində öldürülüb.

AzVision.az


Teqlər: İŞİD   Terror  





Xəbər lenti