Eldəniz Vəliyev işdən çıxması barədə danışdı

Eldəniz Vəliyev işdən çıxması barədə danışdı
  07 Sentyabr 2013    Oxunub:1570
APA TV-nin baş direktoru Eldəniz Vəliyev vəzifəsindən azad edilməsi ilə bağlı profilində status yazıb.
AzVision.az statusu təqdim edir:

"Çox hörmətli həmkarlarım, işdən uzaqlaşmağımla bağlı xəbərin sürətlə yayılmasını normal qarşıladım. Amma səbəblər barədə heç bir tərəfin danışmadığı halda mənasız fantaziyaların işə düşməsini normal qarşılaya bilmədim. Əslində bu barədə danışmaq niyyətində deyildim. Əvvəla biz normal ayrıldıq, ikincisi mən yemək yediyim qaba tüpürən adam deyiləm (üzr istəyirəm) ki, hətta hansısa anlaşılmazlıq olsa belə birinin üstünə ikisini də qoyub kimlərəsə danışım. Mən bu günə qədər bir çox yerlərdə çalışmışam, indinin özündə də həmim təşkilatların rəhbərləri ilə normal ünsiyyətdəyəm. Bu üzdən lütfən klaviaturanıza gələni yazmayın, üstəlik qarşınızdakının həmkarınız olduğunu düşünün.

O ki, qaldı mənim işimin öhdəsindən gəlmədiyimə görə uzaqlaşdırılmağıma, bu cür düşünənlərə bir fakt deyim- Dönüb mənim Vüsalə Mahirqızının birbaşa dəstəyi ilə formalaşdırdığım komandaya və bu komandanın qısa bir zamanda gördüyü işlərə baxsınlar.

Azərbaycanın ənənəvi televiziyalarının illərlə edə bilmədiyini biz internet televiziyası olaraq qısa bir zamanda elədik. Dünənə qədər bizim TV-nin uğurlarından yazanlar, hansı uğursuzluqdan danışa bilər ki? Bu layihə mənim 40 illik həyatımın ən böyük layihəsi idi və mən bunu bacardım... Bu işimlə qürur duyuram. Və bu fürsəti mənə verdiyinə görə Vüsalə Mahirqızına təşəkkür edirəm. İşlədiyim bütün təşkilatlarda qazandığım az-para hörmətimin bəlkədə tən yarısı sədaqətliliyimin payına düşür. Bundan sonra da işləyəcəyim yerin təsibini çəkəcəyimə bu günüm kimi inanıram".

AzVision.az


Teqlər:  





Xəbər lenti