ATƏT prezident seçkilərini müşahidə edəcək

ATƏT prezident seçkilərini müşahidə edəcək
  07 Sentyabr 2013    Oxunub:942
ATƏT-in Parlament Assambleyası Azərbaycanda seçkiləri müşahidə edəcək. Seçkiöncəsi vəziyyəti öyrənmək üçün bir qrup müşahidəçi Azərbaycana səfər edəcək.

Mişel Vuasinin rəhbərlik edəcəyi ATƏT-in Parlament Assambleyasının (PA) müşahidəçi missiyası Azərbaycana seçkiöncəsi və seçkilər günü səfər edəcək. Bu haqda APA-nın Avropa Bürosunun müxbirinə Mişel Vuasin özü deyib.

О, Azərbaycanda seçkiöncəsi vəziyyəti öyrənmək üçün bir qrup müşahidəçiylə Azərbaycana səfər edəcəyini bildirib: “Biz ölkəyə iki səfər edəcəyik. Birinci səfərimiz sentyabrın 20-dən əvvəl baş tutacaq. Sonra oktyabrın 3-də gələcəyik və seçkilər günü də ölkədə olacağıq. Bildiyiniz kimi, hazırda ATƏT-ə sədrlik edən Ukrayna xarici işlər naziri tərəfindən Azərbaycanda seçki missiyasına rəhbərlik mənə həvalə olundu və koordinator vəzifəsinə təyin edildim. Hər iki səfərdə məqsədimiz ölkədə keçiriləcək seçkilərlə yaxından tanış olmaq, seçkilərdən öncə və seçkilərin keçirildiyi gün vəziyyəti yerindəcə öyrənməkdir”.

M. Vuasin deyib ki, Azərbaycanda DTİHB-dən olan həmkarları ilə birgə başqa görüşlər də keçirəcəklər: “Missiyamızın dəqiq tarixi və proqramı gələn həftə məlum olacaq".

Qeyd edək ki, Mişel Vuasin Fransanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəridir.


Teqlər:  





Xəbər lenti