Ağalarovlar ABŞ-dakı mülklərini satışa çıxardı - FOTOLAR
AzVision.az “Forbes” jurnalına istinadən xəbər verir ki, Araz Ağalarov 2006-cı ildə 8 milyon dollara ABŞ-da dəbdəbəli mülk alıb. Biznesmen həmin mülkü 6,98 milyon dollara satışa çıxarıb.
Ağalarovların qonşuları rep-maqnat Şon Kombs və əfsanəvi musiqiçi Stivi Uanderdir.
Emin Ağalarov da Anderson avenyu 98 ünvanında yerləşən evini satışa çıxarıb. Emil 0,77 akr olan mülkü atası ilə birgə 2008-ci ildə 3 milyon dollara alıb. Bu evin satış qiyməti 2,9 milyon dollar müəyyən edilib.
Eldar Tanrıverdiyev
AzVision.az