İqbal Ağazadə Rauf Arifoğlunu müdafiə etdi

İqbal Ağazadə Rauf Arifoğlunu müdafiə etdi
  06 Sentyabr 2013    Oxunub:1395
Rauf Arifoğlu və müxalifətin digər qrupunun çəkişməsinə millət vəkili, prezidentliyə namizəd İqbal Ağazadə də münasibət bildirib. Deputat baş redaktora qahmar çıxıb.
`..Hamınız vurun, yamanlayın, təhqir edin- nə dəyişəcək ki? Rauf Arifoglu Cənubi Qafqazın ən böyük media qurluşunun rəhbəridir, demokratikləşməyə ən çox dəstək verən qəzetin sahibidir. Səhifəsində illərlə sizləri müdafiə edib, qəhrəmana çevirib çoxunuzu, ictimaiyyətə tanıdıb. İndi onun gördüyü və dediyi gerçəkləri siz bir neçə ay sonra öz sözünüz kimi deyəcəksiz. Suçu bumu- sizlərdən daha doğru və yaxşı təhlil edir və proqnoz verir?

Ağıllı adamları təhqir etməyə qalxmayın, yanında ola bilmirsinizsə, heç olmasa qarşısına keçməyin.

Rauf bəy demokratikləşmənin, mübarizənin, gerçəklərin yanındadır- qəzetilə, mübarizəsi və yolu ilə...`.


Teqlər:  





Xəbər lenti