Səxavət Soltanlı:`Əvəz Temirxan başqasının buyruğu ilə `oturub durur``

Səxavət Soltanlı:`Əvəz Temirxan başqasının buyruğu ilə `oturub durur``
  06 Sentyabr 2013    Oxunub:2290
`Biri Əvəz Teymurxana desin ki, özünə xahişə getməsin, biz hər zaman öz sözümüzü deyirik.
Özü başqasının buyruğu ilə `oturub durub` deyə hər kəsi elə fikirləşməsin`.
Azvision.az xəbər verir ki, bunu Müsavat Partiyası başqanı İsa Qəmbərin müşaviri Səxavət Soltanlı ALP sədri Əvəz Temirxanın Milli Şura və İsa Qəmbərlə bağlı dediklərinə cavab olaraq bildirib.

Başqan müşaviri deyib ki, İsa Qəmbər lazım bildiyi sözü özü deyir, Azərbaycan siyasətində cəsarətli olmağın numunəsini də İsa Qəmbər yaradıb.

`Yaddaşı korlanmayanlar bunu bilir. Bir daha deyirəm, hər kəs belə də bilsin, bu günə qədər bir dəfə olsun belə İsa Qəmbər mənə "belə yaz, bele de" deməyib. İsa Qəmbər heç kime bele bir söz də deməz.

Mən də şəxsən bu günə qədər heç kimin deməli olduğunu deməmişəm.

Doğrudur bu gün təkrar səsləndirdiyim təklifə görə mənə partiyada da irad tuturlar, amma mən fikrimdə qalıram və hesab edirəm ki, doğru demişəm.

Əvəz Teymurxan ozü də etiraf edib ki, Lalə Şövkət Milli Şuradan çıxmaq istəyir. Niyə kimsə çıxıb getməlidir? Elə biz çıxardaq da`-deyərək S. Soltanlı qarşı tərəfə mesaj verib.

Qeyd edək ki, ALP sədri Əvəz Temirxan AzVision.az-a açıqlaması zamanı Müsavat başqanı İsa Qəmbəri qorxaq və cəsarətsiz adlandırmışdı. Və S.Soltanlının ACP lideri Rəsul Quliyevin və ALP lideri Lalə Şövkətin Milli Şuradan çıxarılmasını tələbi ilə çıxış etməsini İsa Qəmbərin qorxaq intriqalarının davamı olduğunu deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti