Eldəniz Quliyev:`ABŞ və İsrailə qarşı gizlin çıxışım olmayıb`

Eldəniz Quliyev:`ABŞ və  İsrailə qarşı gizlin çıxışım olmayıb`
  06 Sentyabr 2013    Oxunub:1554
`Əflan İbrahimov hər gün deyir ki, məndə Milli Şura, Əli Kərimli, Eldar Namazov, Eldəniz Quliyevə qarşı materiallar var. Mən o materialları Baş Prokurorluğa təqdim etmişəm, amma ortada bir şey yoxdur`.

Bunu AzVision.az-a açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev Əflan İbrahimovda olan materiallara münasibət bildirərkən deyib :` Bu, növbəti uydurmadır. O, nə təqdim edir, özü bilər. Hər hansı bir tədbirdəki çıxışlardan material təqdim edə bilər`.

Şura üzvü bildirib ki, onun ABŞ və İsraillə bağlı çıxışları hər zaman mətbuatda işıqlandırılıb :` Mənim ABŞ və İsrailə qarşı dediklərim heç vaxt gizlin olmayıb. Mətbuatda dərc olunub. Həmişə də sözümün arxasında durmuşam. Eldəniz Quliyevin dünyagörüşündə, təfəkküründə hər hansı bir qarşıdurmaya, ixtişaşa, sabitlyin pozulmasına, qanuna zidd hərəkətlərə yol verilməyib. Mən heç vaxt müsəlmanları cihada səsləməmişəm, elə bir çağırış olmayıb, ola da bilməz`. -deyə E. Quliyev əlavə edib.

Qeyd edək ki, Eldar Namazovun sabiq müavini Əflan İbrahimov mətbuata açıqlamasında bildirib ki, Eldəniz Quliyev ABŞ-a və İsrailə qarşı çıxışlar edib, onlara qarşı müsəlmanların cihada hazır olmalarını bəyan edib: `Məndə onu təsdiq edən materiallar var idi. İndi Baş Prokurorluqdan gəlirəm, həmin materialları Baş Prokurorluğa təqdim etdim`.-deyə Ə.İbrahimov bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti