`Eldar Namazovu, Lalə Şövkəti uzaqlaşdırın`

`Eldar Namazovu, Lalə Şövkəti uzaqlaşdırın`
  06 Sentyabr 2013    Oxunub:1582
Yaxud 3 devşirməyə balaca bir cavab

Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu `Azadlıq` qəzetində ona qarşı verilən qərəzli yazılara cavab verib. AzVision.az Rauf Arifoğlunun cavab yazısnı təqdim edir.
`Azadlıq" qəzeti bir cümləlik fikrimi konteksdən çıxarıb, 6 nəfər Milli Şura üzvündən buna münasibət alıb, adımı iki yerdə başlığa çıxarıb, məndən bir cümlə də münasibət öyrənməyib, cavab haqqı tanımayıb. Həmkarlarımı şiddətlə qınayıram. Qərəzin də bir əndazəsi olar.

Nədi-nədi, mən yazımaşam ki, Rəsulzadə-Elçibəy yolunda olanlar Heydər Əliyevlə yol başalayan 3 liderin (Rəsul Quliyev, Eldar Namazov, Lalə Şövkət) son günlər Milli Şuraya tətbiq etdikləri sabotaj və anti-təbliğat kampaniyasının qarşlığında onlarla vidalaşma qətiyyəti göstərməyə hazır olmalıdırlar. Rəsul Quliyev vahid namizəd haqqında "heç bir şansı yoxdur", deyə bilər, EL Hərəkatı və ALP Cəmil Həsənlinin vahid namizəd kimi qatıldığl MŞ-nin ilk sessiyasını boykot edə bilər, cəmiyyətin və beynəlxalq təşkilatların diqqətini ortadakı narazılığa yönəldə bilər, EL liderlərindən biri "Mən Cəmil Həsənlini yox, İlqar Məmmədovu müdafiə edəcəm, hamını da buna çağırıram" kimi bəyanat verə bilər; amma biz "bunları edənləri özünüzdən ayırmağa da qətiyyət göstərməniz lazım, əks halda problem daha da böyüyəcək", yazanda, hədəf Rauf Arifoğlu olacaq? Niyə bu əməlləri töprədənlərdən sitat verilib, pislənilmir? Amma bütün devşirmələri danışdırıb, məni təhqir etdiriblər... Hazırda bütün münasibətlər seçkilərə qatılan vahid namizədə - Cəmil Həsənliyə olan münasibətlə tarazlanmalıdır. Biz onun yanında və dəstəyindəyik. Rəsul Quliyev yox! Biz Cəmil bəyə keyfiyyətli informasiaya dəstəyi veriri - EL hərəkatı onun vahid namizəd kimi ilk dəfə qatıldığı sessiyanı boykot edir, Şuşa restoranında alternativ toplantı çağırır və daxili qərar verir - İlqar Məmmədovu dəstəkləyəcəyik. Bu da səhərisi gün mətbuata çıxarılır. ALP də həmin gün sessiyanı boykot edir, qatılmır, mətbuata da məlumat gedir ki, buna səbəb iclasa sədrliyi Əli Kərimlinin etməsidir... Biz də bunları qınayan yazı yazırıq ki, axı, belələri sizin nəyinizə lazım! Və bir köşə yazısına görə onun müəllifinin də siyasətçilərin hədəfinə çıxarılması ancaq "Azadlıq"a xas hərəkətdir.


Teqlər:  





Xəbər lenti