ABŞ Bakı və İrəvana çağırış etdi: "Hərbi əməliyyatları dayandırın"

ABŞ Bakı və İrəvana çağırış etdi: "Hərbi əməliyyatları dayandırın"
  07 İyul 2017    Oxunub:1963
"Münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, həmçinin ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər"

Bu haqda ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer iyulun 6-də keçirilən brifinqdə deyib.
Nauer qeyd edib ki, Birləşmiş Ştatlar əvvəlki kimi iyulun 4-də Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakin, həmçinin iki yaşlı uşağın, həlak olmasından dərin narahatdır:"Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz qurbanların ailələrinə səmimi başsağlığımızı bildirmək istərdik"

Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar masasına qayıtmağa çağırır.

Hizer Nauer, həmçinin qeyd edib ki, münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Azərbaycan   Qarabağ  





Xəbər lenti