İngilis deputat erməni vandalizmini pislədi

İngilis deputat erməni vandalizmini pislədi
  06 İyul 2017    Oxunub:1552
Mülki əhalinin qəsdən atəşə tutulması mənfur hərəkətdir.
Bu barədə iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna münasibət bildirən Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Bləkman bəyan edib.

“İstənilən insan tələfatı təəssüf hissi doğurur. Lakin iki insanın ölümü ilə nəticələnən dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir. Ermənistan silahlı qüvvələri “təmas xətti” boyunca atəşi dayandırmalı və sülh danışıqlar üçün zəmin yaratmalıdır”, - deyə B.Bləkman bildirib.

AzVision.az


Teqlər: Alxanlı   Britaniya   Deputat  





Xəbər lenti