Sumqayıt bulvarı Avropada mükafat aldı

Sumqayıt bulvarı Avropada mükafat aldı
  05 İyul 2017    Oxunub:2709
İspaniyanın paytaxtı Madrid şəhərində 24-cü Beynəlxalq Üstünlük və liderlik forumu keçirilib. Forumda xüsusi seçimlə öz sahəsinin üstünü və lideri olan 20 dünya öncülünə "İnternational Award for Excellence & Lider ship" (beynəlxalq üstünlük və liderlk) mükafatı təqdim edilib.
Dünya biznesini araşdıran 3 ən böyük təsisatdan biri - Global Trade Leaders təsisatı tərəfindən 2016-cı ilin yekunlarına görə konsaltinq məlumatları, internet və münsiflər səsverməsi ilə Avropa, Asiya, Amerika və Afrika ölkələrindən İKT, qida sənayesi, məişət avadanlığı, nəqliyyat və loqistika, inşaat, memarlıq və şəhərsalma, mebel, tibbi müayinə və farmaseptika, istirahət və əyləncənin təşkili və s. sahələr üzrə üstünlüyünə görə fərqlənən müəssisələrə Meliya Kastiliya salonunda qızıl-bürünc mükafatlar və fəxri diplomlar təqdim olunub.

İspaniyanın hökumət nümayəndələrinin, müxtəlif ölkələrin səfirlik və konsulluq dəvətlilərinin, dünyanin tanınmış biznes strukturları rəhbərlərinin qatıldığı və medianın geniş işıqlandırdığı tədbirdə Fransanın Avebe France, Yunanıstanın Epexyl, Portuqaliyanın Jnelson Abreu, Braziliyanın Santa Lucia S/A, Malayziyanın Mutiara Teknologi Sdn, Qananın Ecobank group, Türkiyənin Gazdaş GDGD kimi say-seçmə müəssisələti ilə yanaşı Azərbaycanımızın təmsilçisi olan Sumqayıt Bulvarı da "İnternational Award for Excellence & Lider ship" mükafatına layıq görülüb.

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təşəbbüsü və rəhbərliyi altında cəmi 8 aya inşa edilən, açılış mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "möcüzə" adlandırdığı bu bulvarın dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici və perspektivlidir.

Mərasimdə mükafatı CEO təsisatının baş katibi Rikardo Lopes Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Teymur Səmədova təqdim etmişdir. Monitorda Sumqayıt Bulvarının möhtəşəm görüntülərinin müşayiəti ilə çıxış edən Teymur Səmədov Sumqayıt şəhəri və xüsusilə də Sumqaylt bulvarı barədə ətraflı məlumat vermişdir. Natiq qeyd etmişdir ki, Sumqayıt şəhəri son illər müasir layihələr əsasında yenidən qurulur və dünyanın ən gözəl turizm məkanlarından birinə çevrilməkdədir.



Teqlər: #Sumqayıt-Bulvarı  





Xəbər lenti