Çində güclü daşqınlar: 56 ölü, 22 yaralı

Çində güclü daşqınlar: 56 ölü, 22 yaralı
  04 İyul 2017    Oxunub:1378
Çində güclü daşqınlar baş verib.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində 56 nəfər ölüb, daha 22 nəfər isə yaralanıb.

Daşqınlarla əlaqədar yerli qurumlar 8 vilayət və muxtar rayonda 100 minlərlə insanı təxliyə edib. Ümumilikdə təbii fəlakət nəticəsində iqtisadiyyata 18 milyard yuan (2,65 milyard dollar) zərər vurulub.

Daşqınlar nəticəsində 19 mindən çox ev dağılıb, 189 min ev, həmçinin 668,2 milyon hektardan çox əkin sahələri zərər görüb.

Çində güclü yağıntıların bazar gününə qədər davam edəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Çin   Daşıqnlar  





Xəbər lenti