Leyla Əliyevanın iştirakı ilə uşaqlar üçün əyləncə proqramı – CinemaPlus-da

  01 İyul 2017    Oxunub : 1866
Leyla Əliyevanın iştirakı ilə uşaqlar üçün əyləncə proqramı – CinemaPlus-da
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da valideyn himayəsindən məhrum uşaqlar üçün təşkil olunan əyləncə proqramında iştirak edib.
Bu barədə AzVision.az “CinemaPlus”-dan daxil olan məlumatda bildirilir.

Uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 200-dək uşaq və yeniyetmə Leyla Əliyeva ilə birlikdə foto çəkdirib, səmimi sohbət ediblər.

“CinemaPlus”da təşkil olunan əyləncə proqramında uşaqlar daha sonra “Spark” animasiya filmini izləyiblər.

Uşaq evlərinin sakinləri 2017-cı ildə “Cinemazadeh” studiyasında azərbaycan dilində peşəkar dublyaj olunmuş “Spark. Bəşəri Qəhrəman”animasiya filmini “ CinemaPlus Ganjlik Mall”-da izləyiblər.

Eldar Tanrıverdiyev
AzVision.az

Foto


Teqlər: CinemaPlus   Leyla-Əliyeva