İlham Əliyev öz əmlak və gəlirləri barədə MSK-ya arayış təqdim edib

İlham Əliyev öz əmlak və gəlirləri barədə MSK-ya arayış təqdim edib
  05 Sentyabr 2013    Oxunub:1234
“Prezidentliyə namizədlikləri təsdiqlənmiş İlham Əliyev və İqbal Ağazadə öz daşınmaz əmlakları və son bir ildə əldə etdikləri gəlirlər barədə MSK-ya arayış təqdim ediblər”.

Bunu Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bildirib.

“Seçki Məcəlləsinin tələblərinə görə, müvafiq sənədlərlə birlikdə əmlak və gəlirlər barədə məlumatlar Komissiyaya təqdim olunmalıdır. Bu məlumatların ictimaiyyətə açıqlanması namizədlərin öz işidir. Mərkəzi Seçki Komissiyası bu informasiyaları cəmiyyətə yaymaq üçün almır. Əmlak haqqında arayış, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, toplanan imzalarla birlikdə MSK-ya daxil olur”.

Mikayıl Rəhimov imzatoplama kampaniyasını yekunlaşdıran Zahid Orucun da imza vərəqələri ilə birgə əmlak və gəlirləri haqqında arayışı da MSK-ya təqdim etdiyini bildirib.(modern.az)


Teqlər:





Xəbər lenti