Aqramuntun istefası ilə bağlı səsvermə keçiriləcək

Aqramuntun istefası ilə bağlı səsvermə keçiriləcək
  30 İyun 2017    Oxunub:1349
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 158 deputatı assambleyanın prezidentinin istefası haqqında təkliflə çıxış edib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, bu məsələ ilə bağlı həlledici səsvermə oktyabrın 9-da keçiriləcək.

Qətnamədə qeyd edilib ki, AŞPA prezidentinin davranışı təşkilatın nüfuzuna ciddi ziyan vurur və imicinə xələl gətirir.

Qeyd edək ki, P.Aqramunt bu vəzifəyə 2016-cı ildə, lüksemburqlu Ann Brasseri əvəz etməklə seçilib.

AzVision.az


Teqlər: AŞPA   Aqramnut  





Xəbər lenti