Azərbaycanda 9 Özbəkistan vətəndaşı saxlanılıb

Azərbaycanda 9 Özbəkistan vətəndaşı saxlanılıb
  30 İyun 2017    Oxunub:1031
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş mübarizə tədbirləri zamanı 9 nəfər Özbəkistan Respublikası və 1 nəfər Türkiyə Respublikası vətəndaşı saxlanılıb.
DMX-nin mətbuat mərkəzindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşı Məzlum Səfərov tərəfindən 9 nəfər Özbəkistan vətəndaşının günəmuzd olaraq qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi məlum olub.

M.Səfərov öz ünvanı üzrə həmin əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınmasını təşkil edib, lakin onlar digər ünvanda yerləşdirilib. O cümlədən, M.Səfərov əcnəbiləri işə cəlb etməsinə baxmayaraq, DMX-dən müvafiq icazələrin alınması üçün sənədlər rəsmiləşdirilməyib.

AzVision.az


Teqlər: Miqrasiya-Xidməti   Əcnəbi   Özbəkistan  





Xəbər lenti