Bağdadinin ölüm görüntüləri yayıldı - FOTO

Bağdadinin ölüm görüntüləri yayıldı - FOTO
  30 İyun 2017    Oxunub:7235
İranın “İRİB” telekanalı İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü sübut edən şəkillər yayıb. AzVision.az xəbər verir ki, İran televiziyasının iddiasına görə, fotolar İŞİD liderinin ölümündən sonra çəkilib.
Qeyd edək ki, İŞİD terror təşkilatının rəhbəri İbrahim Abu-Bakr - əl-Bağdadinin may ayının sonunda Rakkanın cənubuna rus aviasiyasının endirdiyi zərbələr nəticəsində öldürülməsi barədə xəbərlər yayılmışdı.

“Müxtəlif kanallar vasitəsilə alınan və hazırda yoxlanan məlumatlara görə, iclasda həmçinin İŞİD lideri də iştirak edib və İbrahim Abu-Bakr əl-Bağdadi aviazərbələr nəticəsində məhv edilib”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İŞİD   İran   Terror  





Xəbər lenti