Obama Trampdan daha çox sevilir

Obama Trampdan daha çox sevilir
  28 İyun 2017    Oxunub:2269
ABŞ-ın məşhur "Pew Research Center" araşdırma şirkəti dünya ölkələri arasında maraqlı sorğu keçirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 ölkədə 40 mindən çox insanın iştirak etdiyi sorğunun nəticələrinə əsasən respondentlərin böyük əksəriyyəti ABŞ-ın yeni prezidenti Donald Trampa güvənmir.

Sorğu iştirakçılarının cəmi 22 faizi Trampa inandığını bildirib. Keçmiş prezident Barak Obama Trampla müqayisədə daha çox səs toplayıb.

Respondentlərin 64 faizi Obamaya güvəndiyini bəyan edib.

Sorğuda iştirak Türkiyə vətəndaşları Trampın siyasətini bəyənmədiklərini dilə gətiriblər. Bu ölkədə 11 faiz respondent Trampa dəstək nümayiş etdirib.

Soğrunun nəticələri göstərir ki, Obama vəzifədən getsə də, insanlar arasında Trampdan daha çox sevilir.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Obama  





Xəbər lenti