80 şirkət kiberhücuma məruz qalıb

80 şirkət kiberhücuma məruz qalıb
  28 İyun 2017    Oxunub:1406
Ukraynanın və Rusiyanın bir sıra böyük şirkətləri kiberhücuma məruz qalıblar.
“Lefigaro.fr” xəbər verir ki, kiberhücum nəticəsində Ukraynada metronun, aeroportların və bankların, Rusiyada isə “Rosneft” şirkətinin fəaliyyətlərində fasilələr yaranıb.

İnformasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmış “Group-IB” şirkətinin məlumatına görə, kiberhücum iki ölkədə ümumilikdə 80 şirkəti, o cümlədən Ukraynanın “Mars”, “Nivea”, “Auchan” banklarını, həmçinin bir sıra hökumət qurumlarının saytlarını hədəfə alıb.

AzVision.az


Teqlər: Ukrayna   Rusiya   Kiber-hücum  





Xəbər lenti