Avtobus qəza törətdi: xəsarət alanlar var

Avtobus qəza törətdi: xəsarət alanlar var
  05 Sentyabr 2013    Oxunub:922
“KİNG LONG” markalı sərnişin avtobusu qəza törədib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində, Bakı-Quba yolunun 35-ci kilometrliyində “OPEL” markalı minik avtomobili və “KİNG LONG” markalı avtobus toqquşub.

Nəticədə “Opel” markalı minik avtomobilində olan 3 nəfər sərnişin xəsarət alıb.

1949-cu il təvəllüdlü 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 08:03-də başa çatıb.


Teqlər:





Xəbər lenti