Sürücülərin nəzərinə

Sürücülərin nəzərinə
  05 Sentyabr 2013    Oxunub:1018
Sentyabrın 5-dən 6-na keçən gecə saat 00.00-dan etibarən Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində (Nəqliyyat Nazirliyinin İnzibati binasının yanından) olan yolda tam yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar olaraq avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

"Azəryolservis" ASC-nin mətbuat xidmətdən AzVision.az-a verilən məlumata görə, sürücülərdən 9-cu mikrorayon ərazisi üzrə küçə və yollardan alternativ yol kimi istifadə edilməsi xahiş edilir.

Həsən Əliyev-Tbilisi prospektləri kəsişməsindən Yasamal rayonu ərazisindən keçərək 3-cü kənar dairəvi yolla əsas magistrala çıxıb bölgələr istiqamətində sərbəst hərəkət edə bilərlər.


Teqlər:





Xəbər lenti