Dövlət başçısı Masallıya gedib

Dövlət başçısı Masallıya gedib
  05 Sentyabr 2013    Oxunub:919
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Cəlilabada səfərini başa çatdıraraq Masallı rayonuna gəlib.
Dövlətimizin başçısı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Ümummilli Liderin adını daşıyan park yenidən qurulub.

2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılıb.
Parkda rayon sakinləri və qonaqların mənalı istirahəti üçün hər cür şərait yaradılıb.

İlham Əliyev Masallıda Heydər Əliyev Mərkəzinin, əsaslı təmirdən sonra Masallıda Mədəniyyət Mərkəzinin və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inşa olunan inzibati binasının açılışında iştirak edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti