İlham Əliyev Yardımlıya səfər edib

İlham Əliyev Yardımlıya səfər edib
  05 Sentyabr 2013    Oxunub:1003
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı rayonuna səfər edib.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevə Ümummilli Liderin adını daşıyan parkda görülmüş yenidənqurma və abadlıq işləri barədə məlumat verib.

İlham Əliyev Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Daha sonra Prezidenti İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə iştirak edib. Prezident İlham Əliyev Yardımlı rayonuna içməli suyun verilməsini bildirən düyməni basıb.

Səfər çərçivəsində dövlət başçısı Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Prezident həmçinin yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak edib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Bildirilib ki, avtomobil yolunun tikintisinə bu ilin aprelində başlanıb. Yolun ümumi uzunluğu 46 kilometrdir. Yolboyu 26 su keçidi quraşdırılıb.

Yardımlı-Deman-Arvana avtomobil yolu 23 yaşayış məntəqəsini əhatə edir. Yolun tikintisi rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin iqtisadiyyatın və turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti