Deputatlarımız AŞPA-nın yay sessiyasına qatılacaq
Sessiya dövründə Daimi Komitə və Büronun fəaliyyətinə dair hesabat dinləniləcək, Parlament Assambleyasının təməl prinsiplərinin gücləndirilməsi, parlamentlərin korrupsiyaya qarşı mübarizədə rolu, idarəetmə sistemində korrupsiya, Belorusda vəziyyət, Avropada miqrasiya və qaçqın böhranına qarşı siyasi və humanitar reaksiyalar, Avropanın inkişafı üçün miqrasiyanın yaratdığı imkanlar, Avropada sosial hüquqların gücləndirilməsi mövzularında fikir mübadiləsi aparılacaqdır.
Sessiyada Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun “İdarəetmə sistemində korrupsiya” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.
AzVision.az
Teqlər: Milli-Məclis AŞPA