Erməni gülləsinə tuş gələn Tovuz sakininin vəziyyəti ağırdır

Erməni gülləsinə tuş gələn Tovuz sakininin vəziyyəti ağırdır
  05 Sentyabr 2013    Oxunub:1011
Azərbaycan vətəndaşı erməni snayperlərin atəşinə tuş gəlib.
AzVision.az xəbər verir ki, Trend-in bölgə müxbirinin məlumatına görə, Tovuz rayonunun düşmənlə təmas xəttində yerləşən Əlibəyli kəndində kənd sakini 1985-ci il təvəllüdlü Musayev Adil Vəkil oğlu kənd küçəsi ilə hərəkət edərkən Ermənistan silahlı qüvvələrinin snayperləri tərəfindən vurulub.
Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın həkim-travmatoloqu Arif Səmədovun verdiyi məlumata görə, güllə zərərçəkmişin qabaq çiyin nahiyəsindən dəyərək kürəyindən çıxıb, yaralı qan itirib. Hazırda zərərçəkmişin vəziyyəti ağır olaraq qalır.

Hadisə bu gün saat 17:00 radələrində baş verib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində bu gün günorta saatlarından başlayan atışma hələ də davam edir.

Hələ ki bu barədə rəsmi məlumat verilməyib.


Teqlər:  





Xəbər lenti