Türkiyə-İran sərhədində partlayış - 2 azərbaycanlı yaralanıb

Türkiyə-İran sərhədində partlayış - 2 azərbaycanlı yaralanıb
  20 İyun 2017    Oxunub:2319
Türkiyə ilə İran sərhədində Kiçik Ağrı Dağı ərazisində mina təmizlənməsi zamanı partlayış baş verib.
AzVision.az "Haber7"yə istinadən xəbər verir ki, partlayış nəticəsində iki Azərbaycan vətəndaşı yaralanıb.

Məlumata əsasən 35 yaşlı Azərbaycan vətəndaşı Razi Aslanov və 38 yaşlı Ruslan Abişov çıxardıqları minaları təhlükəsiz əraziyə apararkən partlayış olub.

Həzi Aslanov əl və göz nahiyyəsindən, Ruslan Qasımov isə ayaq və bədəninin müxtəlif nahiyyələrindən yaralanıb. Hadisə yerində edilən müdaxilədən sonra yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, həmin ərazilərin minalardan təmizlənməsi ilə Türkiyə, Azərbaycan və Mozambik mütəxəssisləri məşğul olur.

Faktla bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Sərhəd   Partlayış  





Xəbər lenti