XDMX smartfon istifadəçilərinə xəbərdarlıq edib
Kibercinayətkarlar “Dvmap” zamanı “Google Play”ə əvvəlcə tamamilə zərərsiz tətbiqetmə yükləyiblər, sonra isə, onlar aprelin 18-dən mayın 15-dək olan dövrdə zərərli yenilənməni buraxıblar. Beləliklə, cinayətkarlar “Google” təhlükəsizlik sistemləri tərəfindən aşkarlanmaqdan qaça biliblər. Qurğunun uğurlu yoluxmasından dərhal sonra 32-bit həm də 64-bit kimi “Android” versiyalarında işləyən zərərverici proqram “root” imtiyazlar almaq üçün eksploitlərin lokal paketindən istifadə edir. Əgər “root” etmək alınırsa, sistemdə bir neçə modullar müəyyən edilir. “Android” versiyasından asılı olaraq, kodun inyeksiyası zərərverici iki kitabxanalardan birini - ya “libdvm.so”, ya da “libandroid_runtime.so” düzəldən zaman hücumun əsas faza mərhələsində baş verir. “Dvmap” öz modullarını yerinə yetirilməsi üçün normal kodu zərərli kod ilə əvəz edir. Lakin bu da bəzi qanuni tətbiqetmələrin zədələnməsinə və ya onların işinin dayanmasına gətirib çıxara bilər.
Zərərverici kod kənar mənbələrdən olan proqramların quraşdırılmasını həll etmək üçün “Android”də “Verify Apps” funksiyasını kəsən fayl buraxır. Digər faylları yükləmə məqsədilə o, həmçinin quraşdırılmış tətbiqetməyə qurğu inzibatçısı hüququ da verə bilər. (APA)
AzVision.az