Azərbaycanda qadınlar kişilərdən çoxdur - Statistika

Azərbaycanda qadınlar kişilərdən çoxdur - Statistika
  16 İyun 2017    Oxunub:1398
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 26 714 nəfər və ya 0,3 faiz artaraq may ayının 1-də 9 milyon 836 min 695 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Məlumata görə, hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 46 996 doğulan körpə qeydə alınıb. Bu göstərici əhalinin hər 1000 nəfərinə 14,7 təşkil edib. Doğulan körpələrin 52,8 faizi oğlan, 47,2 faizi isə qız uşaqlarıdır. Körpələrdən 836-sı əkiz, 18-i üçəm doğulanlardır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Dövlət-Statistika-Komitəsi  





Xəbər lenti