Rusiyanın Müdafiə Nazirliyi: İŞİD lideri öldürülüb

Rusiyanın Müdafiə Nazirliyi: İŞİD lideri öldürülüb
  16 İyun 2017    Oxunub:3037
Rusiyanın Müdafiə Nazirliyi İŞİD terror təşkilatının rəhbəri İbrahim Abu-Bakr - əl-Bağdadinin may ayının sonunda Rakkanın cənubuna rus aviasiyasının zərbələri nəticəsində öldürülməsi barədə xəbərləri yoxlayır. AzVision.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Nazirlik qeyd edib ki, aviazərbələr mayın 28-də axşam saatlarında İŞİD liderlərinin iclasının keçirildiyi məntəqəyə endirilib. İclas zamanı İŞİD liderləri Rakkadan çıxışı müzakirə edirmişlər.

“Müxtəlif kanallar vasitəsilə alınan və hazırda yoxlanan məlumatlara görə, iclasda həmçinin İŞİD lideri də iştirak edib və İbrahim Abu-Bakr əl-Bağdadi aviazərbələr nəticəsində məhv edilib”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İŞİD   Bağdadi   Rusiya  





Xəbər lenti