Putin canlı yayımda sualları cavablandırdı - VİDEO (YENİLƏNİB)

Putin canlı yayımda sualları cavablandırdı - VİDEO (YENİLƏNİB)
  15 İyun 2017    Oxunub:3000
Rusiya prezidenti Vladimir Putin televiziyada canlı yayımla vətəndaşların suallarını cavablandırıb.
Bu il 15-ci dəfə təşkil olunan canlı yayım 4 saat davam edib. Putin 68 suala cavab verib. Ümumilikdə Putinin ünvanına 1,8 milyon sual daxil olub.

Müraciətlər arasında sosial və məişət problemləri, habelə ölkədə iqtisadi vəziyyətə dair suallar üstünlük təşkil edib.



***

“Əgər Qərb Rusiyaya qarşı sanksiyaları aradan qaldırsa, Moskva da cavab tədbirlərini ləğv etməyə məcbur olacaq”.

AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin televiziya tamaşaçıları ilə “Canlı əlaqə” zamanı deyib.

Putin qeyd edib ki, sanksiyalar nəticəsində Moskva 50-52 milyard dollar itirdiyi halda, sanksiyaları qəbul edən ölkələr 100 milyard dollar itirib.

Qeyd edək ki, ABŞ Senatı dünən Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib.

***
13:00

Putin ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı sualları cavablandıracaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Putin  





Xəbər lenti