İki deputatımız Türkiyəyə gedir

İki deputatımız Türkiyəyə gedir
  15 İyun 2017    Oxunub:1483
Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Şəmsəddin Hacıyev Türkiyənin İsparta şəhərinə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, millət vəkilləri Türkiyə dövləti və Süleyman Dəmirəl adına Universitetin rektorluğu tərəfindən keçirilən sabiq prezident Süleyman Dəmirəlin anım mərasimində iştirak edəcəklər.

Toplantıda görkəmli dövlət xadimi Süleyman Dəmirəlin həyatı və siyasi fəaliyyəti barədə xatirələr səsləndiriləcək, onun ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində rolundan bəhs olunacaq.

Səfər iyunun 18-də başa çatacaq.

AzVision.az


Teqlər: Milli-Məclis   Deputat  





Xəbər lenti