İldırım Badamdarı susuz qoydu - Foto

  13 İyun 2017    Oxunub : 751
İldırım Badamdarı susuz qoydu - Foto
Bakının Badamdar qəsəbəsini içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurduğundan qəsəbənin içməli su təchizatında 14 iyun saat 15-ə qədər fasilə olacaq.
Bu barədə AzVision.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib.

Qeyd edilib ki, qurumun mütəxəssisləri hazırda hadisə yerində qəzanın nəticələrini aradan qaldırırlar.



AzVision.az

Teqlər: Azərsu   Badamdar