Prezident filippinli həmkarını təbrik edib

Prezident filippinli həmkarını təbrik edib
  10 İyun 2017    Oxunub:1027
Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti Rodriqo Duterteyə təbrik məktubu göndərib.
AzVision.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına sülh və rifah arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti