Partlayışda ölənlərin sayı 30 nəfəri ötüb

Partlayışda ölənlərin sayı 30 nəfəri ötüb
  09 İyun 2017    Oxunub:1304
İraqın paytaxtı Bağdaddan 60 kilometr cənubda yerləşən Əl-Musayib şəhərindəki bazarda törədilən partlayış nəticəsində həyatını itirənlərin sayı 31 nəfərə çatıb, daha 35 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
TASS xəbər verir ki, Əl-Musayib şiələr üçün müqəddəs sayılan və bu gün digər hücumun baş verdiyi Kərbəla şəhərindən 30 kilometr şərqdə yerləşir. Kərbəlada qadın terrorçu hicabın altında gizlətdiyi bombanı partladıb, nəticədə 4 nəfər yaralanıb. Hər iki partlayışın məsuliyyətini İŞİD terror qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.

BMT-nin İraqa Dəstək üzrə Missiyasının məruzəsinə əsasən may ayında bu ölkədə zorakılıq halları nəticəsində 354 nəfər həlak olub, 470 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər: İraq   Partlayış  





Xəbər lenti